Yəmənin hökumət qüvvələri Mərib vilayətində husilərin nəzarətində olan bir sıra mövqeləri azad edib.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, ordu Taiz vilayətinin qərbində də bir sıra əraziyə nəzarəti ələ keçirib.
Hökumət qüvvələri Əl-Beyda vilayətində də yeni istiqamətlərdə irəliləyərək bir sıra strateji mövqelərə nəzarəti bərpa etdiyini açıqlayıb.
Qeyd edək ki, Yəmənin hökumətinin əsas məqsədi paytaxt Sənanı husilərdən geri almaqdır.
Əliyar Xəlil
Globalinfo.az