Zatulin

“Nikol Paşinyan Ermənistanın baş naziri olaraq qaldığı müddətdə Rusiya ilə ticarət-iqtisadi münasibətlərdə hər hansı yumşalma baş verməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB məsələləri komitəsi sədrinin müavini Konstantin Zatulin deyib.

Zatulinin sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələrin zəifləməsinin əsas səbəbi Ermənistan hökumətinin yürütdüyü siyasətdir:

“İrəvan əvvəlki müttəfiqlik münasibətlərindən uzaqlaşaraq Rusiyanın rəqibləri ilə yeni əməkdaşlıqlar qurmağa çalışır. Tərəflər arasında müəyyən təmaslar davam etsə də, bu Moskvanın mövqeyində dəyişiklik yaratmayacaq”.

Deputat Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirmək niyyətinə də toxunub. O iddia edib ki, Paşinyan hazırda belə bir səsvermənin keçirilməsində maraqlı deyil.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: