Serbiya Prezidenti Aleksandr Vuçiç parlamentin buraxılması ilə bağlı fərman imzalayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Beləliklə, ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi tarixi müəyyənləşdirib.
Seçkilər oktyabrın 25-də baş tutacaq.
Bundan əvvəl hakim Serb Tərəqqi Partiyasının rəhbərliyi sentyabrın əvvəlində qarşıdakı parlament seçkilərində Aleksandr Vuçiçin hökumət başçısı postuna namizədliyini dəstəkləyib.
Vuçiçin son qərarı ilə parlament buraxılıb və ölkədə yeni seçki prosesinə start verilib.
Safura Bənnayeva
Globalinfo.az