elenmski

“Norveç Ukrayna Prezidenti Volodimir Zelenskinin Kral V Haraldın dəfn mərasimində iştirak etmək üçün Osloya səfərini gizlətməyə çalışıb”.

Globalinfo.az xəbər verir ki, bunu siyasi analitik Konstantin Bloxin deyib.

O bildirib ki, səbəb Norveçin hazırda Kiyev rejiminə “o qədər də rəğbət bəsləməyən” ABŞ-la münasibətləri korlamaq istəməməsidir.

“Bu, eyni anda iki stulda oturmağa cəhddir. Bir tərəfdən, Zelenski ilə münasibətləri kəsmək istəmirlər, çünki bütün NATO Ukraynanı dəstəkləyir və Rusiyanı zəiflətmək arzusundadır. Digər tərəfdən isə görürlər ki, hazırda ABŞ-da Zelenskiyə o qədər də müsbət münasibət yoxdur”, – analitik qeyd edib.

Bloxinin sözlərinə görə, Oslo həm ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə yaxşı münasibətləri qorumağa, həm də Kiyev rejiminin nümayəndələrindən uzaqlaşmamağa çalışır.

“Dagbladet” qəzetinin məlumatına görə, Norveç hakimiyyəti Ukrayna Prezidenti Volodimir Zelenskinin Kral V Haraldın dəfn mərasimində iştirak etmək üçün Osloya səfərini son ana qədər ictimaiyyətdən gizlətməyə çalışıb.

Qəzet Norveç Xarici İşlər Nazirliyinə müraciət edərək Zelenskinin dəfn mərasimində iştirak edib-etməyəcəyini soruşub. Nazirlik sorğunu Baş nazirin dəftərxanasına yönləndirib, lakin qurum məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: