“Ukrayna nüvə silahına malik olmamaqla bağlı əvvəlki öhdəliyinə əməl etmir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Rusiya Ukraynanın müstəqilliyini 1990-cı ildə qəbul edilmiş bəyannamədə əks olunan prinsiplər əsasında tanıyıb:
“Həmin sənəddə Ukraynanın nüvəsiz, neytral və bloklara qoşulmayan dövlət statusuna sadiq qalacağı nəzərdə tutulurdu. Kiyev hazırda həmin üç istiqamət üzrə üzərinə götürdüyü öhdəlikləri nəzərə almır”.
Safura Bənnayeva
Globalinfo.az