İsrailli diplomat HƏMAS-ın yeganə məqsədini AÇIQLADI

“İsrail Fələstin dövlətinin tanınmasını HƏMAS-a dəstək kimi qəbul edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfirinin müavini Yuliya Raçinski-Spivakov deyib.

O bildirib ki, İsrail tərəfi ölkələrin Fələstin dövlətini tanımasını HƏMAS-a dəstək kimi qiymətləndirəcək.

“HƏMAS-ın yeganə məqsədi İsraili məhv etməkdir və oktyabrın 7-də həyata keçirilən hücum bunu sübuta yetirir. Bu baxımdan indiki mərhələdə Fələstin dövlətinin tanınması HƏMAS-ın hərəkətlərinə dəstək kimi qəbul ediləcək. HƏMAS-ın İsraillə razılaşmaqdan imtina etməsi isə gələcək danışıqların mümkünlüyünü sual altında qoyacaq”.

O, İsrailin beynəlxalq tərəfdaşları ilə birlikdə Əl-Məvasi bölgəsində Qəzza sakinləri üçün humanitar zona yaratdığını deyib.

“İsrail hökumətinin göstərişlərinə uyğun olaraq və anklavda baş verən hadisələri nəzərə alaraq qəzzalılar Rafahın müvafiq bölgələrindən humanitar zonaya köçürüləcək”, – diplomat vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az