israil

Livan və İsrail arasında atəşkəs razılaşması ABŞ-Fransa təşəbbüsünə uyğun olaraq yerli vaxtla saat 04:00-da qüvvəyə minib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu haqda “Əl Nahar” qəzeti məlumat yayıb.

Sənəd Livan ordusunun bölmələrinin BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin dəstəyi ilə cənub sərhədi boyunca mərhələli şəkildə yerləşdirilməsini nəzərdə tutur.

Razılaşmaya uyğun olaraq İsrail ordusu da tədricən qoşunlarını Livanın cənubundan çıxaracaq.

Nəşrin məlumatına görə, Livan hakimiyyəti ölkədə qeyri-qanuni silahlı birləşmələrin fəaliyyətinin və qaçaqmalçılıq yolu ilə onlara silah verilməsinin qarşısını almağı öhdəsinə götürəcək.

Silah və sursat istehsalı ilə məşğul olan bütün qanunsuz obyektlər söküləcək, silah ehtiyatları müsadirə olunacaq.

***01:00

İsrail Livanla atəşkəs razılaşmasını təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Təhlükəsizlik Şurasının açıqlamasında deyilir.

İsrailin “12-ci kanal”ının məlumatına görə, atəşkəs razılaşması bu gün səhər saat 10:00-da qüvvəyə minəcək.

Ağ Evin mətbuat xidmətinin yaydığı məlumata əsasən, ABŞ Prezidenti Co Bayden atəşkəsin sabah yerli vaxtla saat 04:00-da qüvvəyə minəcəyini deyib.

“Atəşkəs hərbi əməliyyatların daimi dayandırılması kimi nəzərdə tutulub. Livan silahlı qüvvələri yaxın 60 gün ərzində cənuba nəzarəti İsraildən geri alacaq”, – deyə o bildirib.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu atəşkəsin müddətinin Livanda baş verənlərdən asılı olacağını, Hizbullah razılaşmanı pozarsa və yenidən silahlanmağa cəhd edərsə, zərbə endirəcəklərini deyib.

Paylaş: