İsrail öz ərazisini bombaladı

1 6

İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi Qəzza zolağına hava zərbəsi zamanı baş verən texniki nasazlıq səbəbilə bombaları səhvən İsrail ərazisinə atıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bir qədər əvvəl Qəzza zolağına hücum zamanı qırıcıdan atılan döyüş sursatları texniki nasazlıq nəticəsində sərhədə yaxın yerləşən Nir-İtsxak yaşayış məntəqəsi ərazisində açıq sahəyə düşüb”, – deyə açıqlamada bildirilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Ordudan verilən məlumata görə, insidentlə bağlı araşdırma aparılır.

Aysel Əliyeva
Globalinfo.az