“Livana qarşı təcavüzə son qoyulması və ölkənin suverenliyinə hörmət edilməsi İsraillə atəşkəs sazişinin bağlanması üçün şərtdir”
Globalinfo.az xəbər verir ki, bunu Hizbullah hərəkatının baş katibi Şeyx Nəim Qasim deyib.
O bildirib ki, Livanın suverenliyinə hörmət atəşkəsin imzalanmasına təsir edir.
“Biz danışıqlarla bağlı sənədi aldıq, diqqətlə oxuduq və ona münasibətimizi bildirdik. Cavabımız Amerika elçisinə təqdim olundu. Atəşkəs İsrailin cavabından asılıdır. Təl-Əvivlə istənilən razılaşmada iki şərt var: təcavüzün dayandırılması və Livanın suverenliyinə hörmət olunması”, – deyə Qasim vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az