
“Al Jazeera” telekanalı İsrailə endirilmiş ən genişmiqyaslı və əhəmiyyətli zərbələrin siyahısını yayımlayıb.
Globalinfo.az xəbər verir ki, siyahıda həm hərbi-strateji obyektlər, həm də mülki infrastruktura vurulan ciddi zərbələr yer alır.
İrandan atılan raketlər Təl-Əvivdə yerləşən Müdafiə Nazirliyinin cəmi 300 metrliyinə düşüb. Bu kompleks “İsrailin Pentaqonu” kimi tanınır və ölkənin ən çox qorunan, strateji əhəmiyyətə malik obyektlərindən sayılır.
Veytsman İnstitutuna da zərbə endirilib. Bu elmi tədqiqat mərkəzi İsrailin aparıcı elmi qurumlarından biri olub, hərbi sektorla sıx əməkdaşlıq edir.
Ramat-Qan, Petah-Tikva və Bney-Brak şəhərlərində yaşayış evləri dağılıb, bir məktəb tamamilə məhv edilib.
Bat-Yam şəhərində baş verən raket hücumu nəticəsində 9 nəfər həyatını itirib, 200 nəfər yaralanıb.
Rişon-le-Siyon şəhərində də bir neçə yaşayış binası dağılıb.
Zərbə nəticəsində Hayfadakı ən böyük neft emalı zavodunun fəaliyyəti tamamilə dayandırılıb.
Ərəb əhalisinin yaşadığı Təmrada bir ailənin 4 qadın üzvü İranın raket zərbəsi nəticəsində həlak olub. Qeyd edilir ki, İsraildəki bir çox ərəb yaşayış məntəqələri kimi Təmrada da sığınacaqların olmaması əhalini daha həssas vəziyyətə salır.
Aysel Əliyeva
Globalinfo.az