
Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenskinin telefon zənginə cavab verə bilər.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalist Pavel Zarubinə açıqlamasında danışıb. Söhbətin bir hissəsi müxbirin teleqram kanalında yayımlanıb.
“Düşünürəm ki, əlbəttə, cavab verəcək. Putin heç vaxt danışmaqdan imtina etməyib”, – deyə Uşakov bildirib.
O, həmçinin Zelenskinin müxtəlif kanallar vasitəsilə danışıqlara hazır olduğunu nümayiş etdirdiyini qeyd edib.
Uşakovun sözlərinə görə, Ukrayna Prezidenti həqiqətən Putinlə görüşmək və danışmaq istəyirsə, Moskvaya gələ bilər.
Tahir Turan
Globalinfo.az