İsrailin radikal Fələstin hərəkatı HƏMAS-ın rəhbərliyinə qarşı Dohada həyata keçirdiyi hücum Qəzza zolağında saxlanılan israilli girovların azad olunması ümidini tamamilə puça çıxarıb.
Globalinfo.az xəbər verir ki, bu fikri Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani səsləndirib.
“Düşünürəm ki, İsrailin Baş naziri Benyamin Netanyahunun dünənki addımı girovların azad olunması ilə bağlı bütün ümidləri öldürdü”, – deyə o, “CNN” telekanalına müsahibəsində bildirib.
Aysel Əliyeva
Globalinfo.az