İsrail daha bir ölkəyə mesaj göndərdi: Qaçın, ordumuz gəlir!

Hizbullah qruplaşması Livandan İsrail ordusunun mövqelərinə aviazərbələr endirib.

Globalinfo.az xəbər verir ki, bundan sonra İsrail ordusu Livanın cənubunda yerləşən kəndlərin sakinlərinə xəbərdarlıq mesajı göndərib.

Belə ki, sakinlərə tez bir zamanda evlərini boşaltmalarına dair məktublar paylanıb.

Qeyd edək ki, ötən gün İsrail Hava Qüvvələri Qolan Təpələrinə hava hücumlarının olduğunu, buna cavab olaraq Livanda Hizbullah mövqelərinin vurulduğunu açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az