“Rəisinin helikopterində güllə izləri…” – Baş Qərargahdan kritik açıqlama

İran Silahlı Qüvvələrinin Baş Qərargahı Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı aparılan təhqiqatın ilkin nəticələrini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Baş Qərargahın mətbuat xidməti yayıb.

Məlumata görə, istintaq çərçivəsində ekspertlər qəzaya uğrayan təyyarənin gövdəsində güllə izləri aşkar etməyiblər.

Rəisiyə məxsus helikopterin təpə ilə toqquşmasından sonra alovlanması versiyası dəqiqləşir. Eyni zamanda aydın olub ki, fəlakətə qədər digər iki helikopterin pilotları ilə əlaqə saxlanılıb.

Qeyd edək ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri təyyarə qəzasını araşdırmaq üçün komissiya təyin edib. Nəticələr ölkənin Ali Rəhbərinə və xalqa təqdim olunacaq.

Müşviq Tofiqoğlu
Globalinfo.az