İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı səfirlik “X” hesabında yazıb.
“Azərbaycanı Suverenlik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik! Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davamlı sülh, rifah, birlik və qüvvət gətirsin. Azərbaycan Respublikasına möhkəm suverenlik, sabitlik və parlaq gələcək diləyirik!”, – deyə paylaşımda qeyd edilib.
İsrail Dövlətinin Səfirliyi Azərbaycan Respublikasını Suverenlik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir!
Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davamlı sülh, rifah, birlik və qüvvət gətirsin. Azərbaycan Respublikasına möhkəm suverenlik, sabitlik və parlaq… pic.twitter.com/gY8pzF9W2H
— Israel in Azerbaijan (@IsraelinAZ) September 20, 2026