İlin əvvəlindən İsrail təhlükəsizlik qüvvələri tərəfindən terror fəaliyyətlərində iştiraka görə 110-dan çox insan zərərsizləşdirilib və ya saxlanılıb ki, bu da rekord nəticədir.
Globalinfo.az “Report”a istinadən istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu hökumətin həftəlik iclasında bildirib.
“İlin əvvəlindən biz 110-dan çox terrorçunu zərərsizləşdirdik və ya saxladıq. Bunlar rekord rəqəmlərdir”, – o deyib.