eb6380e0 9c57 11f0 89d3 69ca913981a1.jpg

Rusiya Ukraynanın Zaporojye vilayətinə dronla hücum edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəisi İvan Fedorova məlumat yayıb.

O bildirib ki, Rusiya qoşunları regiona 577 zərbə endirib və yaşayış məntəqələrinə 297 dron buraxıb:

“Hücumlar nəticəsində Zaporojye və Poloqovsk rayonlarında bir nəfər həlak olub, səkkiz mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb”.

İvan Fedorovanən sözlərinə görə, ruslar kütləvi kombinə edilmiş atəş taktikası tətbiq ediblər:

“Rusiya aviasiyası kənd və qəsəbələrə 24 zərbə, onlarla icmanın yaşayış məhəllələrinə və ətrafına 253 artilleriya zərbəsi endirib. 67-dən çox yaşayış evi, avtomobil və mülki infrastruktur obyekti zədələnib”.

Paylaş: