İsrail və Livan nümayəndə heyətləri ABŞ-dakı danışıqların nəticələrinə əsasən, atəşkəs rejiminin şərtlərinin yerinə yetirilməsinə dair razılığa gəlib.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə hər iki tərəfin ABŞ Dövlət Departamentinin mətbuat xidməti tərəfindən dərc edilmiş birgə bəyanatında deyilir.
Bəyanatın mətninə əsasən, İsrail və Livan nümayəndə heyətləri iyunun 2-3-də Vaşinqtonda danışıqlar aparıblar.
“ABŞ-ın vasitəçiliyi ilə danışıqlar prosesinin yekunlarına əsasən, İsrail və Livan atəşkəs rejiminin həyata keçirilməsi barədə razılıq əldə edib”, – sənəddə vurğulanır.
Sənədə əsasən, əldə olunmuş razılaşmalar Livanın radikal “Hizbullah” hərəkatı tərəfindən atəşin tam dayandırılmasını, eləcə də “Hizbullah”ın bütün silahlı birləşmələrinin Litani çayından cənubdakı zonadan çıxarılmasını nəzərdə tutur.
Bundan başqa, Beyrut bütün ölkə ərazisi üzərində effektiv nəzarəti bərqərar etmək üçün Vaşinqtonun dəstəyi ilə Livan Silahlı Qüvvələrinin potensialını artırmağı öhdəsinə götürüb.