livan

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda yerləşən bir neçə yaşayış məntəqəsinin sakinlərinə təcili xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, İsrail ordusu bölgəyə hava zərbələri endiriləcəyini açıqlayaraq əhalini dərhal ərazini tərk etməyə çağırıb.

Məlumata görə, İsrail ordusunun ərəb dilli nümayəndəsi Avichay Adraee sosial şəbəkədə paylaşım edərək bildirib ki, “Hizbullah”ın mövqeləri və hərbi texnikasının yaxınlığında qalmaq mülki şəxslər üçün ciddi təhlükə yaradır.

İsrail tərəfi “Hizbullah”ı atəşkəs razılaşmasının şərtlərini pozmaqda ittiham edib və buna cavab olaraq hərbi əməliyyatların genişləndirildiyini açıqlayıb.

Ordu Bnaafül, Kfar-Huna, Roumin, Soxmur və Əl-Quseyba kəndlərinin sakinlərinə evlərini tərk edib ölkənin şimal istiqamətinə doğru hərəkət etməyi tövsiyə edib.

Globalinfo.az

Paylaş: