Tramp bu liderlərlə görüşmək istəyir

tramp

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putin və Çin Sədri Si Cinpinlə görüşmək istəyir.

Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Mənbənin məlumatına görə, Tramp Rusiya-Ukrayna müharibəsini sonlandırmaq üçün güclü bir addım atdığını, həm Rusiya, həm də Ukrayna prezidentləri ilə məhsuldar müzakirələr apardığını deyib.

Bundan başqa, Putin və Si Cinpinlə üçtərəfli görüş keçirmək istədiyini də açıqlayıb. Görüş zamanı həmkarlarına hərbi büdcəni yarıya endirmək təklifi verəcəyini də vurğulayıb.

Aysel Əliyeva
Globalinfo.az