İsrail Müdafiə Qüvvələri (IDF) kibertəhlükəsizliyi gücləndirmək üçün yüksək rütbəli zabitlərə “Android” telefonlarından istifadəni qadağan edib və rəsmi rabitədə yalnız”iPhone”lardan istifadə olunmasını tapşırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ordu radiosu və “Jerusalem Post” məlumat yayıb. Bu qərar polkovnik-leytenant və daha yüksək rütbələri əhatə edir.
Məlumata əsasən, vahid əməliyyat sisteminə keçid məxfi məlumatların qorunması, təhlükəsizlik nəzarətlərinin standartlaşdırılması və mümkün sızmaların daha asan aşkarlanması məqsədi daşıyır.
Bununla IDF yeniləmə proseslərini vahidləşdirməklə icazəsiz giriş risklərini minimuma endirməyə çalışır. Texniki çaxnaşma ilə yanaşı, İsrail ordusunda daha geniş miqyaslı böhran barədə də xəbərdarlıqlar edilir.
Tahir Turan
Globalinfo.az