İsrail ordusunun Suriyada keçirdiyi əməliyyat zamanı İran agenti Əli Süleyman əl-Aazi saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, ölkənin cənubundakı Dəra bölgəsində yaşayan Suriya vətəndaşı İranın nəzarəti altında çalışıb və gələcək hücumlara hazırlamaq üçün sərhəd bölgəsində İsrail ordusu qüvvələri haqqında kəşfiyyat məlumatları toplayıb.
Saxlanılan şəxs barədə hazırda İsraildə araşdırma aparılır.