08c3f177 c554 3c91 b604 f717a53c60ec 850

Əfqanıstanın Hindistandakı səfirliyi birdəfəlik bağlanıb.

Globalinfo.az xəbər verir ki, müəyyən problemlərin yaranması səbəbindən fəaliyyətini dayandıran səfirliyin yerləşdiyi binanın Hindistan hökumətinə təhvil verildiyi bildirilib.

Səfirlik nümayəndələri Dehli hökuməti ilə anlaşmazılıqların olduğunu, problemlərin həllinin mümkün olmadığını açıqlayıblar.

Məlumata görə, Hindistan hökuməti Taliban nümayəndələrinin səfirliyi bağlayaraq ölkədən çıxması üçün onlara təzyiq göstərib. Səfirlik Hindistan Xarici İşlər Nazirliyindən gözlənilən dəstəyin göstərilmədiyini əsas gətirərək noyabrın 23-dən fəaliyyətini tamamilə dayandırdığını açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: