IMG 6096

İsrail meşə yanğını ilə mübarizədə Azərbaycandan da kömək istəyib.

Globalinfo.az xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar bir sıra Avropa və Cənubi Amerika ölkələrinə yardım çağırışı edib.

Rəsmi məlumata görə, İsrail Böyük Britaniya, Fransa, Çexiya, İsveç, Argentina, İspaniya, Şimali Makedoniya və Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrə müraciət ünvanlayıb.

Səlahiyyətlilər hava və quru resurslarının cəlb olunacağına, eyni zamanda fövqəladə vəziyyətlərdə çevik əməkdaşlığa ümid etdiklərini bildiriblər.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: