m

İsrailİran arasında hərbi qarşıdurma danışıqlarla yekunlaşacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ankara Qlobal Məsləhət Qrupunun rəhbəri Hüseyn Bağcı deyib.

İsrail ABŞ-ın yanında olacağını düşünərək münaqişəyə başladı. Amma düşünürəm ki, bu, dağıdıcı müharibəyə səbəb olmayacaq. Hücumlar bir müddət davam edəcək və raket zərbələri ilə məhdudlaşacaq. Bundan sonra diplomatik danışıqlar başlayacaq”, – o bildirib.

H.Bağcının sözlərinə görə, İran nüvə silahı yaratmaqdan əl çəkməyəcək:

“Nüvə silahı çəkindirmə vasitəsi kimi lazımdır. İran üçün bu, şərəf məsələsidir. Həmçinin hazırkı rejim hələ də güclüdür. İnanmıram ki, raket zərbələri onu yıxsın”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: