hemas 1 1

İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində HƏMAS-ın 400-dən çox hədəfini vurub və hərəkatın bir neçə komandirini öldürüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin “Telegram” kanalında məlumat verilib.

“HƏMAS-ın terror hücumları imkanlarını aradan qaldırmaq üçün genişmiqyaslı əməliyyat zamanı İsrail Müdafiə Qüvvələri onlarla döyüşçüyə və hərəkatın məscidlərdəki dayaq nöqtələrinə zərbələr endirib”, – İsrail ordusu bildirib.

Bundan əlavə, İsrail ordusu HƏMAS-ın qazdığı tunellərə zərbə endirib. Zərbələr nəticəsində Nuseyrat, Şati və Furqan batalyonlarının komandir müavinləri məhv edilib.

Paylaş: