İrəvandakı “Qarabağ mərkəzi” fəaliyyətinə xitam verdi

İrəvanda (Abovyan küç. 9) Qarabağ məsələləri üzrə operativ qərargah fəaliyyətini dayandırıb. Müavinət almaq üçün qərargaha gələn qarabağlılara onun ləğv olunduğu bildirilib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, oktyabrın 20-də Operativ Qərargahın fəaliyyətinin dayandıracağı barədə açıqlama yayılmışdı.

Konkret tarix açıqlanmasa da, bildirilirdi ki, Qarabağdan köçənlərə yardımın verilməsi Ermənistan Humanitar Mərkəzi tərəfindən əlaqələndiriləcək.