İrəvanda tapşırıq verildi: Bakının əsas tələbi yerinə yetiriləcək

Ermənistanın ədliyyə naziri Qriqor Minasyanın rəhbərlik etdiyi Konstitusiya İslahatları Şurası qanunda düzəliş etmək üçün hazırlıq görür.

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” məlumat yayıb.

Nəşr yazır ki, Ermənistan Xarici İşlər Nazirliyi və hökumət hər nə qədər konstitusiya məsələsinin ölkənin daxili işi olduğunu desələr də, Arzərbaycanın tələbinə uyğun olaraq dəyişikliklər etmək üçün hərəkətə keçiblər.

Məlumata görə, şura artıq iclaslar keçirməyə başlayıb və qanunda dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bununla bağlı İrəvan hökumətindən xüsusi tapşırıq verildiyi deyilir.

Qəzet sülh prosesi və konstitusiya məsələsi ilə bağlı Ermənistan XİN-ə sorğu ünvanlasa da, konkret cavab verilmədiyini yazıb.

“Konstitusiya dəyişikliyi məsələsi Ermənistan Respublikasının daxili işidir. Azərbaycanla münasibətlərin nizamlanması, iki ölkə arasında sülh müqaviləsinin imzalanması prosesi ilə bağlı açıqlanmalı olan məlumatlar ictimaiyyətə düzgün və əsaslı şəkildə çatdırılır”, – XİN-in açıqlamasında bildirilir.

Ayşən Mustafa
Globalinfo.az