Borel: “Aİ Bakının istəyini nəzərə alıb, amma…”

“Avropa İttifaqı (Aİ) Bakının  humanitar yükləri Ağdam vasitəsilə tədarük etmə istəyini nəzərə alıb, lakin bu Laçın yoluna alternativ olaraq görülməməlikdir”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel deyib.

“Brüssel regiondakı vəziyyətdən narahatdır. Laçın dəhlizi boyunca təhlükəsiz hərəkət bərpa edilməli və gərginlik aradan qaldırılmalıdır”-deyə, o bildirib.

Qeyd edək ki, Ermənistandan Qarabağa göndərilən 19 tır humanitar yük Laçın sərhəd-buraxılış məntəqəsindən keçmək üçün saatlardır gözləyir.

Tahir Turan
Globalinfo.az