İrəvanda polis binasına hücum edənlər MDP-nin üzvləri imiş

Ötən gün polis binasına daxil olan silahlı şəxslər Milli Demokratik Qütbün (MDP) üzvləridir.

Globalinfo.az xəbər verir ki, bunu jurnalistlərlə açıqlamasında Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan deyib.

“Biz ilkin məlumatları yayımladıq: üç nəfər hücum edib, onların ad və soyadlarını elan etdik. Onlar Milli Demokratik Qütb təşkilatının üzvləridir”, – Sarkisyan bildirib.

Onun sözlərinə görə, faktla bağlı cinayət işi başlanıb.

Sarkisyan qeyd edib ki, qanunsuz silah gəzdirməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb. Lakin qanunsuz silah aşkar olunmadığı üçün onlar sərbəst buraxılıb. O əmin edib ki, həmin şəxslər Voskepara sərbəst gedə bilərlər.