Ir%C9%99van

Ermənistanın paytaxtı İrəvan şəhərində baş verən silahlı insidentlə bağlı yeni təfərrüatlar açıqlanıb.

Globalinfo.az xəbər verir ki, hadisə şəhərin Acapnyak rayonu ərazisində qeydə alınıb.

İlkin məlumatlara görə, atışma nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata əsasən, ümumilikdə yeddi nəfər xəstəxanaya çatdırılıb. Onlardan biri həyatını itirib. Altı yaralı isə reanimasiya şöbəsinə yerləşdirilib. Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Yerli KİV-lərin yaydığı xəbərə görə, zərərçəkənlərin sayının doqquza çatacağı ehtimalı var.

Ermənistan Daxili İşlər Nazirliyi faktla bağlı axtarış tədbirlərinin aparıldığını açıqlayıb. Qurum hadisənin səbəbləri və iştirakçılar barədə əlavə məlumatın daha sonra təqdim ediləcəyini bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: