İrəvanda gərginlik: itkin düşmüş hərbçilərin valideynləri ayağa qalxdı

Ermənistanda 44 günlük müharibədə itkin düşən hərbçilərin valideynləri yenidən etiraza qalxıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə etməni KİV yazıb.

İrəvanın Respublika meydanında hökumət binası yaxınlığında toplanan etirazçılar parlamentə getmək niyyətindədirlər.

Belə ki, ötən ilin noyabrında Ermənistan parlamentində əsir və itkin düşmüş vətəndaşlarla iş üzrə komissiya yaradılıb. Etirazçılar sözügedən komissiyanın həmin vaxtdan heç bir iş görmədiyini bildiriblər.

Onlar həmçinin parlamentdə 44 günlük müharibə ilə bağlı komissiyanın sədri Andranik Koçaryandan hesab sormaq niyyətlərini ifadə ediblər. Belə ki, itkin düşmüş hərbçilərin valideynləri ölən hərbçilərin DNT analizlərində səhvlərin olub-olmamasını, ümumiyyətlə sözügedən komissiyanın hansı işlə məşğul olduğunu öyrənmək istəyirlər.

Əliyar Xəlil
Globalinfo.az