eldar nec 1 scaled

“Qarabağ ermənilərinin ehtiyaclarının Ağdamdan qarşılanması məsələsini müzakirə etməmişəm, çünki bunun üçün səlahiyyətim yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan Qarabağ ermənilərinin taleyini həll edə bilməz, bunun üçün səlahiyyətimiz yoxdur. Xankəndidəki ermənilər özləri Bakı ilə dialoqa getməlidirlər” – deyə, o bildirib.

Paşinyan jurnalistlərin israrla verdiyi “Qarabağ Azərbaycan-Ermənistan arasındakı sülh prosesində danışıqlara salına bilərmi” sualından yayınaraq, Qarabağ ermənilərinin özlərinin Bakı ilə danışmasının daha doğru olduğunu deyib.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: