ermeni esger 1231

Sentyabrın 15-dən dekabrın 15-dək Ermənistan ordusunun ehtiyatda olan birinci və ikinci dərəcəli hərbçiləri üçün təlim-məşq toplanışları keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Təlimin ehtiyatda olan hərbi qulluqçuların qabiliyyət və hazırlıqlarının artırılması üçün keçirildiyi bildirilir.

Məlumata görə, hökumət bununla həm də orduda qeydiyyatda olan və hazırlıqlı şəxslərin sayını dəqiqləşdirməyə çalışır.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: