Ermənistan ehtiyatdakı hərbçilərini orduya çağırdı

Ermənistanda 2024-cü il aprelin 1-dən iyunun 28-dək birinci və ikinci dərəcəli ehtiyatda olan hərbi qulluqçular, gizir və zabitlər üçün təlim məşğələləri keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin iclasında qərar qəbul edilib.

Məlumata görə, təlimlərə 4799 nəfər cəlb olunacaq. Onlardan 4353 nəfəri sıravi və kiçik rütbəli zabitlər, 144 nəfəri rütbəli zabitlər, 302 nəfəri isə müxtəlif hərbi peşə üzrə ehtiyatda olan əsgərlərdir.

Təlim məşğələlərinə hər bir şəxs 25 təqvim günündən çox olmayan müddətə cəlb olunur.

Əliyar Xəlil
Globalinfo.az