Rusiyanın “Azimut” aviaşirkətinin Moskva-İrəvan reysi üzrə uçuş həyata keçirən təyyarə texniki nasazlıq səbəbindən havaya qalxdıqdan 40 dəqiqə sonra Vnukovo hava limanına qayıdıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Armenpress”ə sərnişinlərdən biri məlumat verib.
Adı açıqlanmayan sərnişin bildirib ki, Moskva vaxtı ilə 08:40-da Vnukovo aeroportundan havaya qalxan təyyarə 40 dəqiqə sonra geri qayıdıb. Ekipaj üzvləri təyyarənin texniki nasazlıq səbəbindən təcili eniş etdiyini deyiblər.
Sərnişinlərin eyni aviaşirkətin başqa təyyarəsinə keçirildiyi və onunla İrəvana qayıdacaqları bildirilib.
Ayşən Mustafa
Globalinfo.az