WhatsApp Image 2023 11 17 at 10.53.26

Rəsmi İrəvanın anti-Rusiya mövqeyi artıq fərqli məcraya keçməkdədir. Ermənistanın KTMT-dən çıxmaq arzusu, Kremli etibarlı tərəfdaş kimi görməməsi haqda açıqlamalardan sonra bu dəfə də məktəblərdə rusdilli dərsliklərin tədrisi qadağan edilib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, artıq Rusiyanın səbri tükənib və Ermənistanın nazı ilə oynamaq fikrində deyil:

“Ermənistanın bu istiqamətdəki son addımı Roma Statutunun ratifikasiya olunması idi. Son vaxtlar İrəvan Kremlə qarşı müxtəlif riskli, təhlükəli addımlar atır, rusdilli dərsliklərlə bağlı verilən qərar da bu qəbildəndir.  Paşinyan hakimiyyəti əsrlər boyu Ermənistanı qoruyan Rusiyanı arxadan vurdu. Bu, rəsmi Moskva üçün gözlənilməz idi”.

ramiye 61595692989

Ramiyə Məmmədova

Politoloqun fikrincə, ABŞ və Qərb uzun müddətdir bu ssenarini hazırlayırlar:

“Erməni lobbisi hakimiyyətin qərarları ilə razılaşmır. Paşinyan Fransa və ABŞ-ın boş vədlərinə inanır, çünki onların vasitəçiliyi ilə Avropa İttifaqına (Aİ) üzv olacağını düşünür. Lakin Aİ-nin buna ehtiyacı yoxdur. Gürcüstan üçün də eyni plan tətbiq olunur. ABŞ bu yolla həmin torpaqlara daxil olmaq istəyir.

Əsas məqsəd Azərbaycan və Türkiyədə gedən prosesləri öz nəzarətinə keçirmək, ikincisi isə İran və Rusiyaya yaxınlaşmaqdır. Hansı ki, region üçün də müəyyən maraqları mövcuddur. Bu, əslində ABŞ-ın mifidir. Onun Gürcüstana daxil olması “3+3” formatındakı birliyin dağıdılması, layihələri öz nəzarətinə keçirməsi deməkdir. Yəni bu plana əsasən Cənubi Qafqaz Yaxın Şərqin, Ukraynanın halına düşəcək. Lakin başda Azərbaycan olmaqla digər ölkələr vəziyyəti yaxşı başa düşürlər”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: