“Rəsmi İrəvan müstəqil şəkildə öz xarici siyasətini müəyyənləşdirir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, 2024-cü ildə Ermənistanın ABŞ və Avaropa İttifaqı (Aİ) ilə ticarət dövriyəsi Rusiyadan 6 dəfə az olub:
“Avropa və ABŞ-də heç kim Ermənistanın mallarını gözləmir. Əgər gözləsəydilər, onlar artıq götürərdilər. Gəlin razılaşaq. Problem nədir? Əgər istəyirlərsə, niyə götürmürlər? Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmaq qərarı verərsə, ixrac potensialının 80%-ni itirə bilər”.
Əliyar Xəlil
Globalinfo.az