1680079398 irevan1

Ermənistan ABŞ-dakı prezident seçkisi ərəfəsində namizədlərdən kimi dəstəklədiyini açıq şəkildə nümayiş etdirib.

Globalinfo.az xəbər verir ki, avqustun 19-22-si aralığında Ermənistanın ABŞ-dakı səfiri Kilit Makunts Demokratlar Partiyasının Çikaqodakı qurultayına qatılıb. O, partiyanın diplomatik numayəndələr üçün burada təşkil etdiyi dinləmələrdə də iştirak edib.

Qeyd edək ki, Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harrisdir.

Ermənistanda Donald Trampa münasibət isə neqativdir. Hökumət qurumları tez-tez özlərinə yaxın şəxslər vasitəsilə Trampın seçilməsinin Ermənistana uğur gətirməyəcəyini təbliğ edirlər. Təsadüfi deyil ki, ABŞ-da seçkilərlə bağlı olan qeyri-müəyyənlik fonunda Baş nazir Nikol Paşinyan da Rusiyanın tənqidi prosesini dayandırıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: