iraq

İraqda korrupsiya ilə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində indiyədək ümumilikdə 116 milyon dollardan çox vəsait müsadirə olunub.

Globalinfo.az xəbər verir ki, istintaq çərçivəsində korrupsiya işində adı hallanan siyasətçilər, yüksək vəzifəli dövlət məmurları və iş adamlarından 100 milyard İraq dinarından (76,3 milyon dollardan çox) artıq məbləğdə vəsait götürülüb.

Bundan əlavə, şübhəlilərin evlərində aparılan axtarışlar zamanı təxminən 40 milyon dollar nağd pul aşkar edilərək müsadirə olunub.

Araşdırma zamanı həmçinin qanunsuz yolla əldə edilən onlarla avtomobil və qeydiyyatsız saxlanılan yüzlərlə silah da götürülüb.

Bundan əvvəl İraq hüquq-mühafizə orqanlarının korrupsiya işi üzrə azı 200 yüksək vəzifəli şəxs barəsində həbs qərarı çıxardığı bildirilib. İraq Baş nazirinin rəsmi nümayəndəsi Heydər əl-Abadi bildirib ki,bu ittihamla saxlanılan şəxslərin ifadələri yeni korrupsiya şəbəkələrinin, həm iştirakçıların, həm də maliyyə sxemlərinin üzə çıxarılmasına imkan verir.

O qeyd edib ki, Baş nazir Əli əz-Zeydi qanunsuz varlanmada təqsirləndirilən şəxslərdən müsadirə olunan vəsaitlərin yerləşdirilməsi üçün Maliyyə Nazirliyinə xüsusi hesab yaradılması barədə tapşırıq verib.

Xatırladaq ki, bazar günü İraq parlamentinin 47 deputatı və yüksək vəzifəli dövlət məmuru korrupsiya ittihamı ilə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: