Erdogan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinə qarşı səsləndirilən ittihamlara sərt reaksiya verib.

Globalinfo.az-ın xəbərinə görə, Ərdoğan bildirib ki, Türkiyəyə qarşı böhtan xarakterli iddiaları əlləri Qəzzada 73 min günahsız insanın qanına bulaşan cinayətkar şəbəkə səsləndirir.

“Tariximizdə soyqırımı, kütləvi qətliamlar, zülm və müstəmləkəçilik olmayıb. Minillik şanlı tariximiz boyunca yalnız ədalət və mərhəmət hökm sürüb”, – deyə Türkiyə lideri vurğulayıb.

Prezident əlavə edib ki, Türkiyə tarixində inkvizisiyadan və nasist təqiblərindən qaçan insanlara sığınacaq verilməsi kimi şərəfli səhifələr yer alır.

“Qəzzada törətdikləri vəhşiliklərdən diqqəti yayındırmaq üçün Türkiyəyə və türk xalqına böhtan atanlar, bunu hamıdan yaxşı bilirlər. Öncə öz tarixlərinə də nəzər salsınlar”, – deyə Ərdoğan qeyd edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: