“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Baş Ələt stansiyasında əsaslı yenidənqurma və modernləşdirmə işləri davam etdirilir.
Bu barədə Globalinfo.az-a ADY-dən bildirilib.
Məlumata əsasən, layihə çərçivəsində dəmir yolu xətləri, infrastruktur elementləri və kontakt şəbəkəsi mərhələli şəkildə yenilənir. Həmçinin Bakı Limanından və cənub istiqamətindən gələn yük qatarlarının stansiyanın çeşidləmə parkına girişini təmin edən yollar müasirləşdirilir.
Görülən işlər qatarların daha təhlükəsiz hərəkətinə, əməliyyatların daha çevik və dayanıqlı təşkilinə, ümumilikdə isə yükdaşıma imkanlarının genişləndirilməsinə xidmət edir.
