turkmenbasi scaled

MDB Dövlət Başçıları Şurasının iclası oktyabrın 9-da Türkmənistanda keçiriləcək.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu MDB-nin Baş katibi Sergey Lebedev deyib.

O bildirib ki, bu gün MDB-nin İcraiyyə Komitəsində təşkilata üzv ölkələrin daimi nümayəndələrinin toplantısında oktyabrın 7-də Türkmənistanın Avaza şəhərində keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının və oktyabrın 9-da eyni şəhərdə baş tutacaq MDB Dövlət Başçıları Şurasının iclaslarının gündəliyində yer alacaq məsələlər müzakirə olunacaq:

“Artıq indidən görürəm ki, gündəliyə daxil edilən təkliflər kifayət qədər əhatəli və sanballıdır. Biz hələ bu gündəliyi təsdiqləmirik, sadəcə burada təqdim olunan təklifləri nəzərdən keçiririk”.

Paylaş: