Müctəba Xameneinin keçmiş rəhbər və atası Əli Xameneinin dəfn mərasimində iştirak edib-etməyəcəyi barədə qərar bizim səlahiyyətimizə aid deyil.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Əli Xameneinin dəfn mərasimi üzrə qərargahın katibi Əli Əkbər Purcəmşidian deyib.
“Bu haqda yalnız rəhbərlik ofisi qərar verə bilər”, – o bildirib.
Qeyd edək ki, Əli Xamenei 9 iyulda öz vəsiyyətinə uyğun olaraq Məşhəd şəhərində dəfn olunacaq.