qarabag

Norveç qarşılaşmadan qalib ayrılaraq 1/8 finala yüksələn növbəti komanda olub. 

***22:45

Erlinq Holland Norveçi hesabda irəli çıxarıb. 

Globalinfo.az xəbər verir ki, 86-cı dəqiqədə Norveç Fildişi Sahilini bir top fərqi ilə üstələyib.

***22:33

74-cü dəqiqədə hesab bərabərləşib. 

Globalinfo.az xəbər verir ki, bərabərlik qoluna Amad Diallo imza atıb.

***21:50

Komandalar fasiləyə Norveçin 1:0 üstünlüyü ilə yollanıb. 

***21:39

Fildişi Sahili və Norveç qarşılaşmasında hesab açılıb. 

Globalinfo.az xəbər verir ki, 39-cu dəqiqədə norveçli futbolçu Antonio Nusa çempionatda və oyunda ilk qolunu vurub.

Norveç millisi hesabda önə çıxıb.

***21:00

FIFA 2026 Dünya Çempionatında 1/16 mərhələnin oyunları davam edir. 

Globalinfo.az xəbər verir ki, növbəti qarşılaşma Fildişi Sahili ilə Norveç arasında baş tutur.

Qarşılaşma Dallas şəhərində keçirilir.

Paylaş: