Globalinfo.az xəbər verir ki, Knyaz sarayının yaydığı bəyanatda II Albert hadisənin Monako cəmiyyətini sarsıtdığını bildirib, zərərçəkənlərə və onların yaxınlarına dəstəyini ifadə edib.
O, Monako və Fransa hüquq-mühafizə orqanlarının hadisəni tezliklə araşdıraraq günahkarları müəyyən edəcəyinə ümidvar olduğunu vurğulayıb.
Xatırladaq ki, naməlum şəxs binanın girişində əldəqayırma partlayıcı qurğu yerləşdirilən çanta qoyaraq hadisə yerindən qaçıb. Partlayış nəticəsində Vadim Yermolayev, bir qadın və yeniyetmə yaralanıb. Böyüklərin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı istintaq aparılır, şübhəli şəxsin axtarışı davam edir.
Əliyar Xəlil