Əhməd Naderi
Rusiyanın Zəngəzur dəhlizinə dəstək verməsindən sonra İranda anti-Rusiya və anti-Azərbaycan ritorikası güclənib.
Globalinfo.az xəbər verir ki, bu barədə iranlı deputat Əhməd Naderi “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Ə.Naderi Rusiyanı “çaqqal” adlandırıb:
“Anlamaq lazımdır ki, strateji əməkdaşlıq milli maraqlardan əl çəkmək, çaqqallara güzəştə getmək demək deyil. Xarici İşlər Nazirliyi və Silahlı Qüvvələrin geosiyasi illüziyalara cavab vermək üçün dəqiq planı olmalıdır”.
Daha bir iranlı deputat – Əli Motaheri də Zəngəzur dəhlizinə qarşı çıxıb.
O, Rusiyanı bu dəhliz üzərində nəzarəti ələ almaqda ittiham edib:
“14-cü İran hökuməti Rusiyanın da maraqlı olduğu Zəngəzur dəhlizinin tikintisinə ciddi diqqət yetirməlidir. Rusiya heç vaxt İranın maraqlarını nəzərə almayıb, xüsusən də Ukrayna münaqişəsi ilə məşğul olduğu bir vaxtda. Bu dəhliz İranın Ermənistandan keçərək Avropaya gedən yolunu məhdudlaşdırır”.
İranın İqtisadi Koordinasiya üzrə Ali Şurasının katibi Möhsün Rezai Rusiya rəsmilərinin Zəngəzur dəhlizi və İranın üç adası ilə bağlı davranışının qəbuledilməz və strateji əlaqələrə zidd olduğunu vurğulayıb.
Zaira Akifqızı
Globalinfo.az