saar

ABŞ-ın İranla danışıqları müsbət nəticə verməsə, İsrail hərbi variantı nəzərdən keçirəcək.

Globalinfo.az APA-ya istinadən bildirir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar “Al Arabiyya” telekanalına müsahibədə deyib.

XİN rəhbərinin sözlərinə görə, ABŞ-ın apardığı danışıqlar nəticə verməsə, İrana qarşı hərbi variant nəzərdən keçiriləcək.

O qeyd edib ki, İsrail ordusu “Hizbullah”ın hücumlarına lazım bildiyi qədər cavab verəcək.

“Livanda hökumətin və ordunun tam avtoriteti bərqərar olduqdan sonra oranı tərk edəcəyik”, – nazir əlavə edib.

Paylaş: