“27 sentyabr – Anım Günü” ildönümü ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, o cümlədən şəhid məzarlarının və abidələrinin, şəkil lövhələrinin ətrafının abadlaşdırılması ilə bağlı müvafiq aksiyalar təşkil olunur.
Globalinfo.az xəbər verir ki, rayonda keçirilən iməclikdə təşkilatçı idarələrin gənclərdə vətənpərvərlik ruhunun möhkəmlənməsinə xidmət etməklə gələcək nəsillərə örnək olur. Qəhrəman şəhidlərimizin müqəddəs xatirəsini yad etmək, onların ruhuna ehtiram göstərmək hər birimizin vətəndaşlıq borcumuzdur.