WhatsApp Image 2026 03 10 at 00.36.02

ABŞ Energetika Nazirliyi növbəti maliyyə ili üçün büdcəyə yeni nüvə silahı layihəsinin daxil edilməsini təklif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The War Zone” məlumat yayıb.

Bildirilib ki,  söhbət bunker əleyhinə nüvə başlıqlı sistemdən gedir. Bu silah yeraltı obyektləri və möhkəmləndirilmiş bunkerləri məhv etmək üçün nəzərdə tutulur.

Layihənin maliyyələşdirilməsi üçün təxminən 100 milyon dollar vəsait ayrılması planlaşdırılır.

Qeyd edilib ki, bu sistem ABŞ prezidentinə dərinlikdə yerləşən hədəflərə qarşı əlavə nüvə imkanları təqdim edə bilər.

Xatırladaq ki, İranın ali rəhbəri Müctəba Xameneinin keçilməz bunkerdə olduğu bildirilir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: